Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:55

Braziliya Rusiyadan raket almaq istəyir


Michel Temer və Dmitry Medvedev
Michel Temer və Dmitry Medvedev
Braziliya 2014-cü il dünya futbol çempionatı və 2016-cı il Olimpiya oyunları zamanı hava hüdudlarının müdafiəsini möhkəmləndirmək üçün Rusiyadan Zenit raket sistemləri almasının mümkünlüyünə baxır.

Bu məsələ Rusiyanın baş naziri Dimitri Medvedevin Braziliyaya səfəri zamanı müzakirə olunub.

Braziliyanın müdafiə nazirliyi Rusiyadan orta mənzilli raketlər almaq istəyir.
Rəsmilərin sözlərinə görə, artıq martda müqavilə ilə bağlı danışıqlar başlanacaq.
Amma müqavilənin dəyəri barədə hələlik heç bir məlumat verilmir.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub.

Rusiya ilə Braziliya inkişaf etməkdə olan iri ölkələr qrupunda tərəfdaşdırlar.
Bu qrupa, Çin, Hindistan və Cənubi Afrika da daxildir.
XS
SM
MD
LG