Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

Tələbələrin hərbi xidməti barədə rektorların təklifi var


Təklif gerçəkləşərsə, həm tələbə olmaq, həm də hərbi xidmət keçmək mümkün olacaq.

Rusiyada bir neçə ali məktəbin rektoru tələbələri yay tətili dövründə əsgərliyə göndərmək barədə təkliflə Müdafiə Nazirliyinə üz tutublar.

İTAR-TASS agentliyinin xəbərinə görə, təklifin başlıca ideyası bakalavr təhsili alan oğlanların hər kursda 3 ay olmaqla yay tətili zamanı 9 ay hərbi xidmət keçməsini təmin etməkdir. Rusiyada hərbi xidmətin 1 il olduğunu nəzərə alan rektorlar qalan 3 ayın hərbi kafedra dərsləri hesabına kompensasiya edilə biləcəyini düşünürlər.

Təklifdə tələbələrin istirahətini təmin etmək üçün hər kursda təhsilin 6 aya endirilməsi nəzərdə tutulub. Müdafiə Nazirliyi bənzər sxemin ən azı sınaq şəklində gerçəkləşəcəyini istisna etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG