Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56

Zaqatalada etiraz aksiyası keçirilib


Bu gün Zaqatala rayonunun Lahıc kəndində bir qrup sakin etiraz aksiyası keçirib, Bakı-Balakən yolunu bağlayıblar.
Bu barədə Azadlıq Radiosuna Lahıc kənd sakini Mövlud İbrahim məlumat verib.

Kənd sakinləri zəlzələdən zərər çəksələr də onlara lazımınca kompensasiya verilməməsi, onlar üçün ev tikilməməsinə etiraz ediblər.
İcra hakimiyyəti və fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gəlib. Bundan sonra yol açılıb.

Fövqəladə hallar komissiyasının nümayəndələri yenidən zəlzələdən zərər çəkmiş evlərin siyahıya alınmasına başlayıb.

Fevralın 11-də Balakən rayonunun Hənifə kəndində də bir qrup sakin icra hakimiyyətinin qarşısında eyni tələblə etiraz aksiyası keçirmişdi.

Ötən ilin mayında Zaqatalada 6 bal gücündə zəlzələ olub.
İnsan tələfatı olmasa da xeyli tikiliyə zərər dəyib.

Oktyabrın 14-də baş verən ikinci zəlzələdən sonra isə zərər çəkən tikililərin sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG