Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

Şeyxulislam dünya xalqlarına müraciət edib



Şeyxulislam Allahşükür Paşazadə Xocalı faciəsi ilə bağlı dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir ki, «1992-ci il fevralın 26-da minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni quldurlarının qəfil və amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirə bilməz. Lakin təəssüf və təəccüb doğuran fakt odur ki, bəşəriyyət ədalət çağırışlarımızı kifayət qədər etina ilə qarşılamır, beynəlxalq təşkilatlar bu misli görünməmiş cinayətin üzərindən hələ də sükutla keçirlər».

Şeyxulislam bəyanatda deyir ki, «mən din xadimi olaraq bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Hər kəsə xatırlatmağı vacib sayıram ki, Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Odur ki, üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara tutaraq onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı kimi tanımağa çağırıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG