Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:06
Azərbaycanda pensiyaların artımı ilə bağlı təkliflər hazırlanır.
APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

O deyib ki, artımın həcmi Sosial Müdafiə Fondunun imkanlarından asılı olacaq.
Səlim Müslümov bildirib ki, hazırda sosial sığorta haqlarının toplanması üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilir və artımın daha böyük olması üçün bu proses davam etməlidir.

Onun sözlərinə görə, artıq ilk 2 ayın nəticələrinə görə fonda daxil olan vəsait proqnozları 15% üstələyir və bu o deməkdir ki, pensiya artımını təmin etmək üçün kifayət qədər vəsait daxil olacaq.

Sonuncu variantlarla da tanış olduqdan sonra ölkə rəhbərliyinə təkliflər təqdim ediləcək-deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG