Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:33

Nemət Pənahlının məhkəməsi təxirə düşüb


Nemət Pənahlı
Nemət Pənahlı
-
Fevralın 20-də 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin məhbus siyasətçi Nemət Pənahlıdan şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Elçin Əliyev məlumat verib.

Həbsxananın rəisi Nemətdən Xəzər rayon Məhkəməsinə şikayət ərizəsi verib. O, «nizam-intizam qaydalarını pozan» Nemət Pənahlının həbsxana rejiminə köçürülməsini istəyir.

Vəkil Elçin Əliyev deyir ki, o, həbsxana rəhbərliyindən N.Pənahlının şəxsi işində olan sənədləri tələb etsə də, verməyiblər:

«Guya Nemət bəy müəyyən vaxtlarda daxili intizam qaydalarını pozub. Ona töhmət verilib, xəbərdarlıqlar edilib. İstəyirik həmin sənədlərə baxaq. Aydınlaşdıraq ki, deyilənlər nə dərəcədə doğrudur. Ancaq cəzaçəkmə müəssisəsinin rəhbərliyi sənədləri vermək istəmir. Guya şəxsi işdə olan sənədləri vermək olmaz. Baxmayaraq ki, sənədlərin bizə verilməsi ilə bağlı məhkəmə qərarı var. Biz bu məsələni bugünkü (20 fevral) məhkəmədə yenidən qaldırdıq. Nəticədə, iş fevralın 25-dək təxirə salındı».

E.Əliyev hesab edir ki, bu, qurama işdir. Məqsəd N.Pənahlını Qobustan Qapalı Həbsxanasına köçürməkdir:

«Guya Nemət Pənahlıya müxtəlif vaxtlarda töhmət verilib. Ancaq özünün bundan xəbəri yoxdur. Hesab edirəm ki, bu, hazırlanmış işdir».

N.Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG