Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

Çexiya Parlamentinin komitəsi Azərbaycan xalqına başsağlığı verib


Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı qırğınının 21-ci ildönümü münasibəti ilə Azərbaycan xalqına başsağlığı verib.

Sənəddə deyilir:

“Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin kütləvi qətlə yetirilməsinin 21-ci ili tamam olur.

Bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yayıb və bir çox dünya ölkələri insanlığa qarşı törədilən bu cinayəti pisləyib.

Lakin, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan qoşunları tərəfindən işğalına son qoyulmasına çağıran 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməyib.

BMT-nin Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyaları öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirlər.

Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləmə və kütləvi qırğın hallarını vaxtından və yerindən asılı olmayaraq pisləyir və bu cür aktları pisləyən qətnamələrin yerinə yetirilməsinə çağırır.

Bu kontekstdə biz Xocalıda törədilən qırğını insanlığa qarşı cinayət hesab edir, onu pisləyir, rədd edir, bununla həmin faciənin 21-ci ildönümünü anır və Azərbaycan xalqına başsağlığı veririk”.

Günün bütün mövzuları

XS
SM
MD
LG