Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

Azərbaycanın penitensiar qurumlarında 200-dək İran vətəndaşı saxlanılır


İranın Azərbaycana yeni təyin olunmuş səfiri Mohsen Pakain ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyevlə görüşüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə məhkumların cəzalarının qalan hissəsini öz vətənində çəkməsi ilə bağlı məsələ müzakirə olunub.

Mədət Quliyev hər iki ölkənin bu sahədə mövcud olan beynəlxalq konvensiyalara qoşulduğunu, eyni zamanda iki ölkə arasında analoji saziş olduğunu deyib. Məlumata əsasən hazırda Azərbaycanda Penitensiar xidmətin tabeliyindəki qurumlarda 200-dək
İran vətəndaşı saxlanılır.

Hal-hazırda bir qrup məhkumun İrana təhvil verilməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü bildirilib.

Səfir Mohsen Pokain Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraiti və səfirliyin əməkdaşlarının onlarla müntəzəm görüşünə imkan yaradılmasından məmnun olduqlarını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG