Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:48

Haruki Murakami-nin yeni romanının mövzusu nədir?


Haruki Murakami
Haruki Murakami
-

Yapon yazıçısı Haruki Murakami-nin yeni kitabı bu ilin aprelində kitab dükanlarını bəzəyəcək.

Xəbəri Agence France-Presse «Çoxdan gözlənilən roman apreldə çıxacaq» sözləriylə yayıb.

KİTABIN MÖVZUSU GİZLİ SAXLANILIR

Kitab haqqında başqa bilgi yoxdur.

Yapon nəşriyyatçılar gələcək kitab barədə hər hansı ipucu verməkdən imtina ediblər.

Kitabın çıxacağı «Bungeishunju Ltd» nəşriyyatının təmsilçisi bir az da irəli gedərək bildirib ki, bu layihə «tam məxfidir» qrifi ilə qorunur.

Həmin nəşriyyat yazıçının daha öncəki kitabının çapında da belə davranmışdı.

DANIŞAN VƏ DANIŞMAYAN PİŞİKLƏR, AĞLASIĞMAZ SEKS...

Amma yazıçının fanatları indidən kitabın mövzusu barədə ehtimallar səsləndirməyə başlayıblar.

«Mərc verərəm ki, romanda bol və keyfiyyətli musiqi, tənha kişi, qız, Mancuriya savaşı və kulinariya olacaq», yazıçının bir fanatı belə yazıb.

Norveç meşəsi» romanı
Norveç meşəsi» romanı
«The NY Daily News» siyahıya bir başqa fanatın da fikrini artırıb: «pişiklər (danışan və danışmayan pişiklər) və ola bilsin ki, hansısa ağlasığmaz seks».

Əsərin Murakami-nin «1Q84» romanının dördüncü cildi olduğunu düşünənlər də var.

Yeni roman yazıçının bestsellerə çevrilmiş son üçcildliyindən («1Q84» ) 3 il sonra işıq üzü görəcək.

BİR GÜNƏ SATILIB QURTARDI!

Haruki Murakami dünyada ən ünlü çağdaş yazarlardan sayılır.

Onun 64 yaşı var.

2009-cu il mayın 28-də satışa çıxan «1Q84» romanı günün sonunacan satılıb qurtarmışdı.

«NORVEÇ MEŞƏSİ» - AZƏRBAYCAN DİLİNDƏ

Əsərləri 20 dilə çevrilib.

Yazıçının «Norveç meşəsi», «Kafka sahildə» romanları Azərbaycan dilinə tərcümə edilib.

Ötən il Amerikanın «Foreign Policy» jurnalının keçirdiyi «2012-ci ilin 100 ən nüfuzlu düşünəni» siyahısında yapon yazıçısı Haruki Murakami 49-cu pillədə qərar tutmuşdu.

O, «Qloballaşmış dünya haqda hüdudsuz fantaziyalarına görə» bu pilləyə layiq görülmüşdü.

CAZ VURĞUNU – MURAKAMİ...

Onu ən çox ilhamlandıran yazıçı F. Dostoyevsky-dir.

Murakami həm də tərcüməçidir. Dünya ədəbiyyatının bəzi incilərini yapon dilinə çevirib.
O, musiqi, özəlliklə caz vurğunudur.

Murakami-nin 40 mindən çox caz valından ibarət kolleksiyası var.

Tanınmış yazıçı caz haqqında kitab da yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG