Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41
Fevralın 20-si günorta 14.30 radələrində Bakı metrosunun «Nərimanov» stansiyası yaxınlığında qatar tuneldə xarab olub. Buna görə də qatarların hərəkəti dayanıb.

Hadisənin şahidi olan AzadlıqRadiosunun əməkdaşı bildirir ki, o, bu gün Bakı metropolitenində 30 dəqiqə qatar gözləməli olub. Digər sərnişinlər isə bir saata qədər qatar gözlədiklərini söyləyiblər.

Əməkdaşımızın sözlərinə görə, xarab olmuş qatar buksirə qoşulub depoya aparıldıqdan sonra metro normal fəaliyyətə başlayıb. Qatarların hərəkəti artıq bərpa olunub.

Ancaq metroda həddən artıq sərnişin sıxlığı yaranıb. Bu üzdən də qatara minib-düşmək çətinləşib.

Bakı Metropolitenindən hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG