Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:42

Novruz bayramına qədər bütün pensiyalar veriləcək


Azərbaycanda Novruz bayramı ərəfəsində bütün təqaüdçülərin öz pensiyalarını alması təmin olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondununun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bayrama qədər bütün təqaüdçülərin öz pensiyalarını alması üçün Fond tərəfindən bütün zəruri işlər görülür.

Müslümov qeyd edib ki, bundan sonra pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafilki bir qədər də irəli çəkiləcək.

«Pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə isə hər ayın 29-dək yekunlaşacaq», Müslümov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG