Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:37

Gülər Əhmədova tibbi-sanitar hissədə saxlanır


-


Ombudsman Aparatından verilən məlumata görə keçmiş millət vəkili Gülər Əhmədova Bakı İstintaq Təcridxanasında tibb-sanitar hissədə saxlanır. Hissədən Ombudsmanın nümayəndələrinə bildiriblər ki, ilkin rəyə görə keçmiş onun səhhətində hər hansı ciddi problemlər yoxdur, amma hazırda müayinələrin davam etdirilir.

Fevralın 19-da Gülər Əhmədova ilə Ombudsmanın təmsilçiləri görüşüblər. Onların bildirdiklərinə görə keçmiş deputat saxlanma şəraiti və özünə qarşı rəftardan narazılıq etməyib.

Gülər Əhmədovanın vəkili Eldar Qədimi isə bu gün APA informasiya agentliyinə keçmiş deputatın səhhətinin pisləşdiyini deyib: “Onun səhhətində müşahidə olunan problemlər artıb. Ürəyindəki ağrılar şiddətlənib, beynində quruma gedir, başında da ağrılar var. Lakin müalicə müəssisəsinə köçürülməyib. Mənimlə söhbətində bildirdi ki, dövlətə sadiq qalacaq, əqidəsindən dönməyəcək”.

Gülər Əhmədova bu il fevralın 13-də saxlanıb. Onun adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanırdı.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittiham sübut olunsa, günahklar əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
XS
SM
MD
LG