Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

Naxçıvanda hüquq müdafiəçisi ailəsini müalicə etdirə bilmir


Həkimeldostu Mehdiyev 2009-cu ildə hücuma məruz qalıb

Həkimeldostu Mehdiyev 2009-cu ildə hücuma məruz qalıb

-
«Naxçıvanda həkimlər heç bir əsas göstərmədən həyat yoldaşıma sonadək tibbi xidmət göstərməkdən imtina etdilər. Öncə Şərur rayon Xəstəxanasında yoldaşımı əməliyyat eləmək istəmədilər. Məcbur oldum yoldaşımı gətirdim Naxçıvan Mərkəzi Doğum Evinə. Burda da əməliyyat öncəsi yuxarıdan tapşırıq gəlib, dayandırıblar əməliyyatı».

Bu sözləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvan müxbiri Həkimeldostu Mehdiyev deyir. O, həyat yoldaşına tibbi xidmət göstərilməməsini özünə və ailəsinə qarşı təzyiq sayır. Jurnalist deyir ki, həyat yoldaşı ağır ginekoloji xəstəlikdən əziyyət çəkir və təcili əməliyyata ehtiyacı var:

«Naxçıvan Mərkəzi Doğum Evinə gətirəndə bilirdim ki, məni tanısalar, burda da imtina edəcəklər. Ona görə də özümü tanıtmamağa çalışdım. Müayinə etdilər, qan təhlili aldılar və belə qərara gəldilər ki, təcili əməliyyat olunmalıdır. Fevralı 19-u saat 11-ə əməliyyat da təyin olunmuşdu. Son anda haradansa bizim kim olduğumuzdan xəbər tutublar. Əməliyyatı dayandırıb deyiblər ki, «sən sağlamsan, əməliyyata ehtiyac yoxdur». Yoldaşıma deyiblər ki, sənin ərin cəbhəçidir. Başlayıblar Xalq Cəbhəsi hakimiyyətini pisləməyə. Bu, necə insanlıqdı? Bu hakimiyyətə tənqidi mövqedə yanaşanlar müalicə almamalıdırlar? Ölməliyik biz?».

Həkimeldostu Mehdiyev deyir ki, ağır vəziyyətdə olan həyat yoldaşını müalicə etdirmək üçün başqa ölkələrə üz tutmaq məcburiyyətində qalıb.

Naxçıvan Mərkəzi Doğum Evindən isə deyilən ittihamları rədd etdilər. Ancaq suallarımıza da ətraflı cavab vermək istəmədilər.

Şərhləri göstər

XS
SM
MD
LG