Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:45

Rusiyalı ABŞ-a övladlığa verilmiş uşağın ölümünün araşdırılmasında iştirak etmək istəyir



Rusiyalı müstəntiqlər bu ölkədən ABŞ-a övladlığa verilmiş 3 yaşlı oğlanın qətlinin araşdırılması prosesində iştirak etmək istəyirlər. Rusiya İstintaq Komitəsi fevralın 19-da bildirib ki, günahkarların cəzalandırılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər.

Rusiyada Maksim Kuzmin, ABŞ-da isə Max Shatto adı ilə tanınan uşağı övladlığa götürən ana bu yanvarın 21-də onu qətlə yetirib. Rusiyadakı uşaq ombudsmanı Pavel Astakhov bildirir ki, qadın uşağı ölümcül döyüb, sonra da ona çox böyük dozada dərmanlar verib.

Rusiya rəsmiləri bildirirlər ki, uşağın meyitini araşdıran analizlərin nəticələrin gözləyirlər.
Keçən ilin dekabrında Rusiya uşaqların ABŞ-a övladlığa verilməsini qadağan edən qanun qəbul edib.
XS
SM
MD
LG