Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Hüquq müdafiəçisi son söz dedi


-
Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Bəxtiyar Məmmədov son söz deyib.

Bu barədə AzadlıqRadiosuna vəkili Anar Qasımlı məlumat verib:

«Bəxtiyar Məmmədov 3 saat son söz dedi. O, özünü təqsirli bilmədiyini söylədi. Bildirdi ki, həbsi fəaliyyəti ilə bağlıdır və qərəzli həbs olunub».

Hüquq müdafiəçisinə qarşı cinayət işi Hərbi-Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında açılıb.

Dələduzluqda ittiham olunan Bəxtiyar Məmmədov 2011-ci ilin dekabrında həbs edilib.

B.Məmmədov Şahin Sultanovu Bayraq Meydanının tikintisi zamanı 10 min manat müqabilində 29 hərbçini qanunsuz evlərindən çıxarmaqda ittiham edir.

Prokuror məhkəmədən ona 12 il həbs cəzası verilməsini istəyib.

Proses fevralın 21-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG