Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

«Məhkəmə qərarının icrası üçün 2000 manat istədilər»


-
– Biz siyahıya alıb ona həbs qoyuruq, biz qanunu pozmuruq.

– Siz qanunu kobud surətdə pozursuz, sonra da deyirsiz ki, məhkəmə olacaq. Mən niyə məhkəməyə müraciət etməliyəm ki?

Bu dialoq fevralın 19-da Müsavat başqanı İsa Qəmbərin evinə gəlmiş icra məmurları ilə onun arasında gedir. Oğlu Turqut Qəmbərin 3000 manatlıq cəriməsinə görə Müsavat başqanının evində bir neçə əşya siyahıya alınıb.

«ADIMA ƏMLAK YOXDUR»

Turqut Qəmbərə cərimə 12 və 26 yanvar aksiyalarına görə kəsilib. Bir gün əvvəl isə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının valideynlərinin İmişlidəki evindən icra məmurları iki xalça aparıblar. O, məhkəmənin qərarı ilə 500 manat cərimələnmişdi. Əbülfəz Qurbanlı:

«Biz buna etiraz etdik, qarşıdurma yarandı. İcraçılar bildirdi ki, başqa variantları yoxdur. Mənim adıma hər hansı əmlak olmamasına baxmayaraq, əmlakı zəbt etdilər. Bütövlükdə bu, Azərbaycan hökumətinin bizim aksiyalarda iştirakımızı məhdudlaşdırmaq üçün atılmış çox iyrənc bir addımdır».

«2000 MANAT İSTƏDİLƏR»

Hər iki halda siyahıya alınan əmlak borclunun adına deyil. Ancaq bəzən borclunun əmlakı borcu qarşılaya bilməyəndə, məhkəmə qərarı illərlə yubana bilir. Məsələn, Bakı sakini Yunis Mirzəyev iki ildir 26000 ABŞ dolları borcunu ala bilmir. 2011-ci il aprelin 8-də Sumqayıt şəhər Məhkəməsi qərarı icraata yönəldib, amma:

«İcraçı məhkəməyə şikayət yazdı ki, o adamın evi satılsın və mənə borcu ödənsin. Məhkəmə də məndən 2000 manat istədi ki, həmin şəxsin evi satılsın və mənim pulum qaytarılsın. Mən də cəmi 500 manat düzəltdim. Məhkəmədə hələ məni təhqir də etdilər ki, «bura bazar deyil». Qəbul etmədilər, dedilər azı 1000 manat lazımdır. 500 manatı da borc götürmüşdüm. Birinci qrup əliləm. Qızıl da aparmışdım girov qoyam, götürmədilər».

Sumqayıt şəhər icra məmuru Abusət Qasımov isə məhkəmə qərarının icra olunmaması fikrilə razılaşmır, Foto: Arxiv

Foto: Arxiv

qanunvericiliyə uyğun bütün tədbirlərin görüldüyünü deyir:

​«Borclunun əmlak vəziyyəti yoxlanıb. Borclunun özü barəsində inzibati protokol tərtib olunub və o, məhkəməyə verilib. 5 sutka həbs olunub. Borclunun pensiyasından borcun tutulması aparılır. Düzdür, pensiyanın miqdarı o borcu qarşılamaq üçün çox azdır. Borclunun adından aşkar olunmuş əmlaka yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət olunub. Sadəcə, məhkəmə onu məqbul saymayıb və əmlaka yönəltməyib».

Sumqayıt şəhər Məhkəməsindən isə rüşvətlə bağlı onlara yönəlik iddiaları yalanlayırlar.

İCRASI DÜŞÜNÜLMƏYƏN QƏRARLAR

Hüquqşünas Namizəd Səfərov deyir ki, hazırda hər bir rayon məhkəmə icraçılarında pul tələbləri ilə bağlı icra olunmamış yüzlərlə iş Namizəd Səfərov

Namizəd Səfərov

var:

«Fərq ondadır ki, bu gün heç kim bu qərarların icrası barədə düşünmür. İcraya yönəldirlər, gəlib bir protokol yazır ki, «getdim, borclunun heç bir əmlakı yoxdur», bununla da işini bitmiş sayır. Ancaq indiki halda hiss olunur ki, bu qərarların icrası üçün göstəriş verilib ki, «gedin onları narahat edin, ailəsinin əmlakının siyahıya alın». Yalnız borclunun əmlakını siyahıya ala bilərlər».

«MƏHKƏMƏ QƏRAR VERİBSƏ, İCRA OLUNMALIDIR»

Ancaq Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov AzadlıqRadiosuna müsahibəsində məhkəmə qərarlarının siyasi sifarişlə icra olunması fikrilə razılaşmadığını bildirib:
Faiq Qurbanov

Faiq Qurbanov

– İstər cərimə olsun, istər başqa məhkəmə qərarı, heç bir kateqoriyaya bölünmədən icra olunmalıdır. Təbii, bu prosesdə hər kəs narazılığını bildirə bilər. Məhkəmə qərar veribsə, icra olunmalıdır. Bundan şikayət hüququ da var. Qərar qüvvəyə minirsə, icra olunmalıdır.

– Ancaq bu addımların insanları aksiyalardan çəkindirmək üçün atıldığını düşünənlər var.

– Mən bu məsələdə bir az ehtiyatlı olardım. Onsuz da bilirik ki, aksiya keçirməyə meylli olan, qanunsuz aksiya keçirmək istəyəcəksə, yenə keçirəcək. Son təcrübə də göstərdi ki, qanuna hörmətlə yanaşmayan bəzi insanlar yenə bu hərəkətlərdən çəkinmir. Ancaq ümumi kontekstə buna qanunvericiliyə edilən dəyişiklik kimi baxmaq lazımdır.

Bu il yanvarın 1-dən razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələr artırılıb. Yanvarda Bakının mərkəzindəki aksiyalarda onlarla saxlanan olub, bəzi fəallar cərimələri ödəyib, bəziləri isə vətəndaş itaətsizliyə kampaniyasına başlayıblar.

Şərhləri göstər

XS
SM
MD
LG