Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:40

Serbiya və Kosovonun Baş nazirləri Brüsseldə görüşürlər


Serbiya və Kosovonun Baş nazirləri Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə görüşürlər. Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso bildirib ki, əvvəlki müzakirələrdə olduğu kimi fevralın 19-da keçirilən görüşdə də tərəflərin konstruktiv həll yolları tapmağa cəhd edəcəklərinə inanır.

Beş il əvvəl Serbiyadan müstəqilliyini elan etmiş Kosovonu indiyə qədər 100-ə yaxın ölkə müstəqil dövlət kimi tanıyıb.

Belqrad Kosovonun müstəqilliyini rədd edir. Serbiya özünün Avropa Birliyinə üzvlüyü və Kosovoda yaşayan serb azlığa təminatlar almaq üçün münasibətlərin normallaşdırılmasına dair danışıqlarda iştirak edir.

Fevralın 6-da hər iki ölkənin prezidentləri də ilk dəfə görüşüblər.
XS
SM
MD
LG