Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09
-

Hollywood-dakı Şöhrət Xiyabanında Elizabeth Taylor-un ulduzunun yanında onun əri, aktyor Richard Burton-un da ulduzu həkk olunacaq.

Xəbəri BBC News yayıb.

Ulduzun həkk olunma mərasimi 2013-cü il martın 1-də baş tutacaq.

Mərasim şöhrətli «Cleopatra» filminin ekrana çıxmasının 50 illiyi ərəfəsində keçiriləcək.

1963-cü ilin yayında ekrana çıxan bu möhtəşəm filmdə hər iki aktyor baş rolları oynayıb.

Filmdəki vurğunluq şəxsi həyatlarına da keçib. Onlar evləniblər.

Maraqlıdır ki, Barton və Taylor iki dəfə nikahda olub. 1964-cü ildən 1974-cü ilə və 1975-ci ildən 1976-cı ilə kimi.

«Cleopatra»dan sonra onlar bir neçə filmə də birgə çəkiliblər.

Richard Burton 1984-cü ilin avqustunda vəfat edib, Elizabeth Taylor isə 2011-ci ilin martında.

«Cleopatra» filmindən fraqment

«Cleopatra» filmindən fraqment

Onların birgə həyatı hər zaman dünyanın marağında olub.

2012-ci ilin noyabrında «Lifetime» kanalı hər iki aktyorun həyatından bəhs edən «Liz&Dik» adlı televiziya filmi çəkib.

Filmdə Taylor-un rolunu Lindsay Lohan, Burton-u Grant Bower oynayıb . Amma film böyük uğur qazanmayıb.

Daha sonra bənzər filmin Böyük Britaniyada da çəkiləcəyi məlum olub. Filmin adının «Burton&Taylor» olacağı deyilir.

Baş rollarını Dominic GuestHelena Bonham Karter-in oynayacağı filmin taleyinin necə olacağı hələ bilinmir.

Amma...bir şey indidən gün kimi aydındır: Gerçək «Cleopatra» - 1963-cü ildə ekrana çıxan «Cleopatra» bir də heç vaxt təkrarlanmayacaq!

Günün bütün mövzuları

XS
SM
MD
LG