Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

Brüssel hava limanından böyük almaz qəsb edilib



Silahlı quldurlar Brüsseldə hava limanından qiyməti azı 50 milyon dollar olan almazı qəsb ediblər.

Hava limanının sözçüsü bazar ertəsi axşam oğruların mühafizə barmaqlılarını kəsərək iki maşını İsveçrəyə məxsus təyyarəyə dayadıqlarını, sonra da iki masqalı şəxsin təyyarənin yük yerindən almazı götürüb aradan çıxdıqlarını bildirir. Rəsmilər bu dramatik oğurluq əməliyyatının cəmi bir neçə dəqiqə çəkdiyini deyirlər.

Hadisə zamanı atəş açılmayıb, yaralı və ya xəsarət alan olmayıb.

Polis təyyarəyə yaxınlaşan maşınlardan birini hava limanının yaxınlığında yandırılmış vəziyyətdə tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG