Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Türkiyədə terrorda şübhəli bilinən 167 nəfər saxlanıb



Türkiyə mediası bu gün ölkənin bir neçə şəhərində aparılan əməliyyatlarda terrorda şübhəli bilinən 167 nəfərin saxlandığını yazır. Rəsmilər paytaxt Ankara və ölkənin ən böyük şəhəri olan İstanbulda da saxlananlar olduğunu bildirirlər.

Media saxlananların əsasən İnqilabi Xalq Qurtuluş Partiyası Cəbhəsinin (DHKP-C) üzvləri ola biləcəyini yazır. Bu Marksist-Leninçi təşkilat fevralın 1-də ABŞ-ın Türkiyədəki səfirliyinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Həmin hücumda intiharçı özünü partlatmış və səfirliyin mühafizəçilərindən bir nəfəri həlak olmuşdu.

Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi təşkilatın fəallarının 3 ay əvvəl Türkiyə ərazisinə daxil olduqlarını və yerli ekstremist qruplarla əlaqələr yaratmağa cəhd etdiklərini bildirib.

Bu qurum hökumət təşkilatları və hərbçilərə hücumlarını adətən “ABŞ imperializmi” ilə mübarizə kimi qələmə verir.
XS
SM
MD
LG