Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:12

Rusiya Suriyaya iki təyyarə yardım göndərib



Rusiyanın Fövqəladə hallar Nazirliyi Suriyaya iki böyük təyyarədə humanitar yardım göndərdiyini bildirir. Nazirliyin sözçüsü İrina Rossius fevralın 19-da deyib ki, həmin təyyarələr Suriyadan da arzu edən Rusiya və başqa MDB ölkələri vətəndaşlarını geri gətirəcək.

Onun sözlərinə görə 46 ton yük daşıyan təyyarələr Rusiyadan bu gün yola çıxıblar. Nazirlik humanitar yardıma çadırlar, elektrik generatorları və ərzaq daxil olduğunu bildirir.
Təyyarələrin Suriyanın Latakia şəhərinə enməsi planlaşdırılır.
XS
SM
MD
LG