Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:33

Müşahidəçilər Ermənistanda seçkidə rəqabətin olmadığını deyirlər


Ermənistanda prezident seçkisi. Bülletenlər sayılarkən. 18 fevral 2013

Ermənistanda prezident seçkisi. Bülletenlər sayılarkən. 18 fevral 2013

-
Beynəlxalq müşahidəçilər bazar ertəsi Ermənistanda keçirilmiş prezident seçkisində bəzi irəliləyişlərə baxmayaraq, rəqabətin çox aşağı səviyyədə olduğunu bildirirlər.
ATƏT-in seçkiləri müşahidə missiyasının yazılı məlumatında seçkinin dinc şəraitdə keçirildiyini, əsasən yaxşı təşkil edildiyi qeyd olunur. Amma onlar həm də əlavə ediblər ki, ümumilikdə bu seçkiyə ictimai maraq çox aşağı səviyyədə olub.

ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbəri Tonino Picula seçkidə qarşılaşdıqları əsas problemləri bu cür izah edir:

- Seçicilərin yaxşı seçim etmələri üçün rəqabət mühiti zəif olub. Seçkiyə qatılan namizədlər təbliğat kampaniyalarını azad şəkildə qura bilsələr də ümumilikdə bu seçkiyə ictimai maraq zəif olub.

Missiyanın rəyində əlavə olunur ki, bəzi iddialı namizədlər sadəcə seçkiyə qatılmaqdan imtina ediblər. Onlar bu seçkinin onsuz da indiki prezident Serzh Sarkisian-ın xeyrinə saxtalaşdırılacağını bildiriblər.

Ermənistan Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə görə, indiki prezident Sarkisian bu seçkidə 58 faiz səslə qalib gəlib. Ona ən yaxında 36.7 faiz səslə keçmiş xarici işlər naziri Raffi Hovhannisian gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG