Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

Azərbaycanda autizmdən əziyyət çəkən uşaqların sayı artır


Autizm təxminən 3 yaşda başlayır və məhdud hərəkətlərə gətirib çıxarır.

Autizm təxminən 3 yaşda başlayır və məhdud hərəkətlərə gətirib çıxarır.

-
- So-koy-yad

6 yaşlı Vasif şokoladı çox sevir. Onun üçün danışmaq çətindir. Ancaq utana-utana olsa da, düz tələffüz eləməsə də «şokolad» sözünü deyir.

Vasif autizm xəstəliyindən əziyyət çəkdiyi üçün sevdiyi «şokolad» sözünü düz tələffüz eləmir. O başqa sözləri, elə sevimli «ana» sözünü deməyə də çətinlik çəkir.

AZƏRBAYCANDA AUTİZMDƏN ƏZİYYƏT ÇƏKƏN UŞAQLARIN SAYI ARTIR

Azərbaycanda autizmdən əziyyət çəkən uşaqların sayı getdikcə artır. «Autizm» Defektoloji və Psixoloji Yardım Mərkəzinin məlumatına görə, onların sayı bir ildə 1.5 min nəfər artıb. İndi rəsmi rəqəmlərə görə, Azərbaycanda 4 min çox belə uşaq var.

Təşkilatın rəhbəri Çiçək Məmmədli deyir ki, cəmiyyət hələ də bu xəstəlik haqda məlumatlandırılmayıb. Onun fikrincə, əslində bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı daha çoxdur. Çünki daha çox bölgələrdə belə uşaqların qeydiyyatı aparılmır:

«Bəlkə də bu rəqəm daha çoxdur. Çünki elə xəstələr var ki, qeydiyyata düşmür».

Çiçək Məmmədli deyir ki, indi əvvəlki illərdən fərqli olaraq, valideynlər autizmdən əziyyət çəkən uşaqlarını daha çox psixoloq, loqoped yanına Esmira Kazımova

Esmira Kazımova

aparır.

Adilə Əliyeva da oğlunu psixoloqun məşğələlərinə gətirir:

«İnsanla ünsiyyət qurmaq istəmir. Danışa bilir, ancaq istəmir. Psixoloqun yanına aparandan az da olsa irəliləyiş var».

«BU XƏSTƏLİYİN DƏRMANLA MÜALİCƏSİ YOXDUR»

Həkim-defektoloq, loqoped Esmira Kazımova isə deyir ki, bu uşaqlar ancaq psixoloji bərpa mərkəzlərində məşğul olmalıdır:

«Bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Psixoloji reabilitasiya işləri aparılmalıdır. Gərək çoxlu məşğul olsunlar. Çoxlu məşğələlər nəticəsini göstərir».

Pedaqoq psixoloq Sevda Mustafazadə də deyir ki, bu sindromun yaranma səbəbi dəqiq məlum deyil. Autizm təxminən 3 yaşda başlayır və məhdud hərəkətlərə gətirib çıxarır. Bu da beynin inkişafına mane olur. Onları tanımağa gəldikdə isə:
Autik uşaq

Autik uşaq

«Autik uşaqları çağıranda cavab vermirlər. Heç baxmırlar da. Göz ünsiyyəti olmur. Onlar bizə şəkil kimi baxır. Sosial bacarıqları olmur. Fırlanan əşyaları sevirlər».

VALİDEYNLƏR DƏRMANLARI ALA BİLMİR

Sevda Mustafazadə deyir ki, həmin uşaqlarla səbirlə, müntəzəm məşğul olanda, şəkil o vaxt hərəkətə çevrilir. Həm bu uşaqlara fərdi yanaşılmalıdır, həm də daimi məşğul olmaq lazımdır:

«Elçin adlı bir balamız var. 4 yaşı var. Bura gələndə, qışqırırdı. 2 aydır gəlir. Xeyli irəliləyiş var. Gələndə salam verir, hal-əhval tutur. Hazırda rəsm çəkir. Söz ehtiyatı da artıb. Cümlə qurmaqda çətinlik çəkir, ancaq öyrənir. Valideynləri də onun üzərində çox işləyir».

Mütəxəssislər deyir ki, bu uşaqlarla bağlı müvafiq qanunvericilik yoxdur. Valideynlər isə onlar üçün nəzərdə tutulan dərmanları güzəştli qaydada ala bilmir. Autizm xəstəliyindən əziyyət çəkən uşaqların həm də ixtisaslaşmış mərkəzlərə ehtiyacları var.

Şərhləri göstər

XS
SM
MD
LG