Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

Viktorinanın cavabını tapmaq üçün ipucu: Bu, fransız yazarın romanındandı


İPod Shuffle

İPod Shuffle

-

Viktorinanın ikinci həftəsində iPod Shuffle qazanmaq istəyənlər üçün elan edilmiş sualın cavabını tapmaq üçün ipucu:

Bu, hansı fransız yazarın romanındandı?

Romandan parça:

Bir obrazın dilindən:

"- Əlbəttə. Bu adət dünyanın bir çox ölkələrində mövcuddur: bir zamanlar Yunanıstanda bu məsələni məhz belə həll edirdilər, çinlilər bu günün özündə də belə edirlər: bədbəxt uşaqları ya atır, ya da öldürürlər. Valideyn himayəsindən məhrum olan, yəni ya yetim qalan, ya da valideynlərinin imtina etdiyi, buna görə də dövlət üçün də ağır yükə çevrilən sizin kimi məxluqları yaşatmaq nəyə lazımdır axı? Şikəstləri, yetimləri, inkişafdan qalan körpələri doğulandan dərhal sonra məhv etmək lazımdır: birinci və ikinciləri ona görə yaşatmaq lazım deyil ki, bir kimsə qayğılarına qalmaq istəməyəcək, yaxud da qala bilməyəcək və onlar cəmiyyət üçün lazımsız kəsimə və ağır yükə çevriləcəklər, üçüncüləri isə ona görə məhv etmək gərəkdir ki, onlar ümumiyyətlə heç nəyə yaramırlar. Hər iki kateqoriyadan olanlar bir növ sümük şişlərinə bənzəyirlər. yəni sağlam toxumalar hesabına qidalanır, onları zəiflədir, dağıdırlar. Bu müqayisə xoşunuza gəlmirsə, bitkilərlə analogiya apara bilərəm: onlar parazit bitkilərtək normal bitkilərə sarmaşıb onları tədricən məhv edir, özləri üçün qidaya çevirirlər. Cəmiyyətin bu tullantılarını yaşatmaq üçün verilən iyanələr mənə dəhşətli aldanış kimi gəlir. Kimlərinsə yersiz kaprizi ilə xəstələr üçün tikilən, dəbdəbəylə bəzədilən xeyriyyə evləri haqqında da eyni sözləri demək olar. Sanki bəşər nəsli elə təkrarsız və qiymətlidir ki, onun heç bir dəyəri olmayan nümayəndələrini də qoruyub saxlamaq vacibdir. Elə bil daha dünyada insan qalmayıb, sanki həm siyasi, həm də təbiətin mühafizəsi baxımından onları qorumaq məhv etməkdən daha sərfəlidir".

Cavabınızı fevralın 27-ə qədər (27-i də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az


***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasının ilk həftəsində elan edilmiş suala düzgün cavabsa belədir:

Frans Kafkanın “Çaqqallar və ərəblər” hekayəsi.

Viktorinanın ilk qalibi - düzgün cavabı hamıdan tez göndərən gənc yazar Elmar Şahmar olub

Oxuculardan daxil olmuş digər cavab varinatları:

“Kəlilə və dimnə”,
Paolo Coelho, “Kimyagər”,
Pərviz Cəbrayıl, “Yad dildə”,
Əkrəm Əylisli, “Daş yuxular” və s.

Qalib mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız hələ 11 həftə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorniada iştirak edə bilməz).

Viktorinaya böyük maraq olduğu və ilk suala 80-dən çox düzgün cavab gəldiyindən Elmar Şahmar

Elmar Şahmar

növbəti mərhələlərdə qalib cavabı ilk göndərən olmayacaq, nə vaxt göndərilməsindən asılı olmayaraq düzgün cavab yollayanların hamısına şans veriləcək və qalib onların arasından püşkatma yolu ilə seçiləcək.

Viktorinamızın növbəti mərhələsində iştirak edib iPod qazanmaq istəyənlərin nəzərinə - sualımız belədir:

Günün bütün mövzuları

XS
SM
MD
LG