Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:05

Hacıkənd meşələrində qanunsuz ağac kəsənlər məhkəməyə verilib


Arxiv foto
Arxiv foto
-
Qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna 1916 manat məbləğində ziyan dəyib.

Bu barədə məlumatı Göygöl Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin meşə mühafizəçisi Vəliyyədin Baxşəliyev verib.

Onun sözlərinə görə, ötən il Hacıkənd meşələrində 49 nəfər saxlanılıb və onlar haqqında inzibatı qaydada tədbir görülüb. Qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna 1916 manat məbləğində ziyan dəyib.

Dəymiş ziyanı ödəməkdən imtina etdiyinə görə 4 nəfərin işi rayon məhkəməsinə göndərilib və onlar haqqında inzibati qayda tədbir görülüb.

Hacıkənd meşəliyi 12 min hektar sahəni əhatə edir. Meşə mühafizəsi ilə 30-a yaxın əməkdaş məşğul olur.
XS
SM
MD
LG