Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Brakonyerliyə qarşı cəzalar sərtləşdirilə bilər


«Bir çox hallarda ovçular təşkilatları qanun pozuntusu ilə məşğul olurlar. Yalançı inspektor vəsiqəsi verir, bununla da o adamları təhlükəyə məruz qoyurlar». APA-nın məlumatına görə, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov belə deyib.

Onun sözlərinə görə, nəticədə həmin şəxslər səlahiyyəti və silahı olmaya-olmaya silahlı brakonyerlərin qarşısına çıxır, həyatlarını riskə atırlar: «Belə hallar qanuna ziddir. Bunlar brakonyerliyin qarşısını almağa kömək etmir, əksinə mənfi təsir göstərir. Bu cür hallarla təkcə ETSN-ın işçiləri deyil, bütün ictimaiyyət, digər təşkilatlar da mübarizə aparmalıdır».

H. Bağırov onu da deyib ki, nazirliyin apardığı reydlər zamanı brakonyerlik hallarına rast gəlinir: «Reydlər zamanı quş və digər heyvan növlərinin qanunsuz ovu ilə rastlaşırıq. Bəzən elə heyvanlar olur ki, o heyvanı sadəcə təbiətə yaşamaq üçün buraxmaq lazımdır. Məsələn, oxatan kirpi sakit heyvan növüdür, onun ətindən də istifadə olunmur. Ancaq bəzən onu da tuturlar və satmağa cəhd edirlər».

Nazir deyib ki, brakonyerliyə qarşı cəzalar sərtləşdirilməlidir: «İnsanlar bilməlidir ki, təkcə kiçik cərimə ilə deyil, azadlıqlarını itirməklə də cəzalana bilərlər. Bəlkə belə olan halda bu tədbirlərin effekti olar».
XS
SM
MD
LG