Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Bakıda yağışlı hava davam edir


Fevralın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG