Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:40
-



«Azadlıq» qəzeti yazır ki, həbsdə olan sabiq deputat «Gülər Əhmədova bəzi nazirlərin qapısını ayağı ilə açardı». Qəzet bu fikirlərin YAP-çı sabiq deputat Əli Əlirzayevə məxsus olduğunu qeyd edir. Əli Əlirzayev deyib ki, Gülər Əhmədovanın YAP-ın yaranmasında heç bir rolu olmasa da yuxarılarda qəbul olunurdu.

«O vaxt mən də deputatlığa namizəd idim, onu gətirib mənə alternativ elədilər, arxasında dayandılar və bu yolla deputat oldu. Milli Məclisin üzvü olanda məmurlar məni qəbul eləmirdilər, amma Gülər Əhmədova bəzi nazirlərin qapısını ayağı ilə açırdı. Bütün bunlar onun şəxsi keyfiyyətlərinə, bacarığına görə olmurdu. Ona dəstək verənlər var idi deyə, bir çox məsələlərdə iş aşırmağı bacarırdı. O vaxt Gülər Əhmədovaya «bərkgedən» deyirdilər. Heç kim onun qarşısına çıxıb bir söz deyə bilmirdi...».

AZƏRBAYCANIN GƏLƏCƏYİNİ PARLAQ EDƏCƏK PEYK

«İlk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın parlaq gələcəyini təmin edəcək». Bunu «Yeni Azərbaycan»a müsahibəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Nazir müavinin sözlərinə görə «telekommunikasiya peyki ən ucqar məntəqələri belə əhatə etməklə, dövlətlə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və «Elektron hökumət»in daha keyfiyyətlə təşkilinə, məsafədən təhsil, e-səhiyyə xidmətlərinin genişləndirilməsinə dəstək verəcək».

«KƏPƏZ»Ə «PROFESSOR YOX, MOLLA LAZIMDIR»

«Futbol +» qəzeti yazır ki, «Kəpəz»ə «professor» yox, molla lazımdır. Qəzet vaxtı ilə dəbi müəyyənləşdirən, rəqiblərinin qorxulu yuxusuna çevrilən «Kəpəz»in son vaxtlar zəif bir futbol komandasına çevrildiyini yazır.

«Halbuki Gəncə klubunun adı gələndə rəqibləri onu «xoxan» obrazında təsəvvür edir, meydana dizləri əsə-əsə çıxırdı. Ordan 1 xalla qayıdanlar 40 gün 40 gecə toy-bayram edərdi».

Qəzet «professor» ləqəbli Mahmud Qurbanovun komandanı yenidən dirçəldəcəyinə inamın az olduğunu yazır.

«Kəpəz»ə «professor yox, molla lazımdır» deyə müəllif yazır.

SİYAVUŞ NOVRUZOV: BİZ HƏBSXANADA AĞSAQQAL OLACAĞIQ

«Bizim yol» qəzeti həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovla bir neçə deputatın söz deyişməsindən yazır.

Qəzet bir neçə gün əvvəl İlqar Məmmədovun parlamentin iclasında onun həbsinə haqq qazandıran deputatlara həbsxanadan verdiyi cavaba bir daha həmin deputatların fikirlərini öyrənib.

Deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, «Kameraya düşsək belə İlqar Məmmədov əmin olsun ki, biz orda ağsaqqal olacağıq». Deputat Fazil Mustafa isə İlqar Məmmədova cavab olaraq deyib ki, «sən uzun bayrağını səmimiyyətlə sevən Elman Türkoğlu da ola bilməzsən».

İlqar Məmmədov parlamentdəki çıxışlara cavab olaraq öz vəkili vasitəsi ilə ismarış göndərmişdi. O qeyd etmişdi ki, «Fazil Mustafa və Siyavuş Novruzov, bilin ki, mən Nelson Mandella deyiləm, hamını bağışlayam. Cümhuriyyətə qarşı cinayət işləmiş hər kəs həbs payını yatacaq. ...çıxışınızı nəzərə alaraq söz verirəm ki, eyni kamerada haqqımda söhbət etməyə xeyli vaxtınız olacaq».

ƏN RƏQABƏTSİZ SEÇKİ

«Yeni Müsavat» Ermənistanda formal prezident seçkilərinin keçirildiyini yazır.

Qəzetə görə, «Serzh Sargsyan-ın qalib gəlməsi üçün ciddi maneə olmasa da səsvermə prosesi ciddi pozuntularla müşayiət olunub. Robert Kocharian və oliqarx Gagik Tsarukian səsverməyə qatılmayıb».

Qəzetin yazdığına görə, Ermənistandakı Regional Tədqiqatlar Mərkəzi ölkə tarixində bu seçkiləri ən rəqabətsiz seçki adlandırıb.

KƏNDİNDƏN BTC KƏMƏRİ KEÇƏNLƏRİN İFTİXARI

«BTC mənim kəndimdən keçir». «Azərbaycan» qəzeti yazır ki, «kəmərboyu ərazilərin sakinləri bu sözləri iftixarla deyiblər». Qəzet kəmərin təhlükəsizliyinin qorunmasında məktəbyaşlı uşaqların da fəal iştirak etdiyini yazır.

«Keçən il 136 kəndin uşaqlarının təhsil aldığı 108 məktəbdə 4500-ə qədər şagird təhlükəsizlik sahəsində prezentasiyalar keçib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG