Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56

Azərbaycanın ilk peyki orbital mövqeyinə çatır


Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1» təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, artıq peykin günəş panelləri açılıb və reflektorları işə düşüb.

Peyk orbitdə mövqeyinə çatdıqdan sonra 2-3 həftə ərzində peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq Azərkosmos ASC-yə təhvil veriləcək.

Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb.

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan Azerspace-1 peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG