Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:14

Avropa Birliyi Suriyaya qarşı sanksiyaları yeniləyir


Bazar ertəsi Avropa Birliyi Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları yeniləyib. Yeni qəbul edilən düzəlişlərə görə Suriyada dinc sakinləri qorumaq üçün birliyə üzv ölkələr Suriyaya qeyri hərbi xarakterli yardımlar edə bilərlər.

Bir neçə həftə idi Avropa Birliyində bu məsələ müzakirə edilirdi. Britaniya və İtaliya Bashar al-Assad-ın rejimi ilə qarşıdurmada olan üsyançılara yardım üçün Suriyaya silah embaroqsunun yumşaldılmasını istəyirdilər. Amma başqa Avropa ölkələri bu təklifə qarşı çıxış edirdilər.

Sonda silah embaroqusunun yumşaldılması mümkün olmasa da tərəflər sanksiyaların Suriya müxalifətinin yaratdığı Milli Koalisiyaya texniki yardımlar, qeyri-hərbi dəstəyə imkan verən formada tətbiqinə razılaşdırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG