Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:47
-
5 saylı hüquq məsləhətxanasının vəkilləri Gülnarə XudabaxışovaTəranə Əliyeva «Qaynar xətt»ə şikayət ediblər. Onlar 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Nadir Sələfovun (Lotu Qulu) vəkilləridir. Demələrinə görə, onunla görüşmək üçün 8 saylı cəzaçəkmə müəssisəsinə gedərkən müəssisə əməkdaşları hər iki vəkilin üzərində axtarış aparmaq istəyib. Ancaq vəkillər bunu qanun pozuntusu kimi qiymətləndirirlər:

Vəkil Gülnarə Xudabaxışova:

«Biz hər dəfə Nadir Sələfovla görüşə gedəndə qanunda nəzərdə tutulmuş qaydada nəzarət-buraxılış məntəqəsində xüsusi aparat vasitəsilə yoxlanılaraq müəssisəyə daxil olurduq. Keçən il noyabrın 1-də növbəti dəfə Nadir Sələfovla görüşmək üçün cəzaçəkmə müəssisəsinə gedəndə, məni nəzarət-buraxılış məntəqəsində yoxlamadan müəssisənin içərisinə buraxdılar. Tələb etdim ki, məni aparatla yoxlayıb sonra müəssisəyə buraxsınlar. Çünki müəssisənin daxilində üstümə müəssisəyə keçirilməsi qadağan olan istənilən əşya atıb deyə bilərlər ki, bunu özün içəri keçirmisən. Ancaq tələbimə məhəl qoyan olmadı. Müəssisənin içərisində məni bir otağa saldılar, üst-başımı orda yoxlamaq istədilər. Mən bildirdim ki, bu, yoxlama yox, axtarışdır. Müəssisə əməkdaşlarının üzərimdə axtarış aparmalarına qanunla səlahiyyətləri çatmır. Bir halda ki, axtarış aparmaq istəyirsiniz, o zaman protokol tərtib edin. Ancaq müəssisə əməkdaşları rəislə məsləhətləşməyə gedib qayıdandan sonra bildirdilər ki, rəis nəzarət-buraxılış məntəqəsində kişilər olduğuna görə orda üzərində axtarış aparılmasına icazə vermir. Protokol isə tərtib olunmayacaq».

Digər vəkil Təranə Əliyeva da başına eyni olayın gəldiyini deyir. Hər dəfə müvəkkilləri ilə görüşə gedəndə, onları müəssisənin daxilində bir otağa salaraq üstlərində axtarış aparmaq istəyirlər. Vəkillər istənilən təxribatın baş verə biləcəyindən narahatdırlar.

«KİŞİLƏRİN QADINLARI YOXLAMASI QƏTİ YOLVERİLMƏZDİR»

8 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Murtuz Sadıxov bildirib ki, müəssisənin inzibati binasının 1-ci mərtəbəsində vəkillərin ayrılmış xüsusi otaqda dustaqlarla təklikdə, konfidensial şəraitdə görüşməsi üçün şərait yaradılıb. Keçən il oktyabrın 2-də müəssisəyə qadın nəzarətçi təyin olunub. Görüşə gələn qadınların üzərinə baxış nəzarət-buraxılış məntəqəsində yox, görüş üçün xüsusi ayrılmış otaqda qadın nəzarətçi tərəfindən həyata keçirilir:

«9, 10, 22 oktyabr və 1 noyabr tarixlərində hər iki vəkil məhkumla görüşə gəlib. Görüş otağında xidmət aparan qadın onlara üst geyimlərinə və əşyalarına baxış keçirilməsini təklif edib. Belə olan halda hər iki vəkil görüşə girməkdən imtina edib. Vəkil xanımlar israr ediblər ki, onları nəzarət-buraxılış məntəqəsində əsgərlərin gözü qarşısında yoxlasınlar. Ancaq nəzarətçi qadın vəkillərin əks cinsin nümayəndələrinin gözü qarşısında yoxlanmasını yolverilməz hesab edib».

Vəkillər isə Penitensiar Xidməti məhkəməyə veriblər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəkillərin Penitensiar Xidmətə qarşı iddiasını təmin etməyib. Hər iki vəkil apellyasiya şikayəti verib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG