Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Elektrik etirazları maliyyə nazirinin istefası ilə nəticələndi



Bolqarıstanda elektrik enerjisinin qiymətinin yüksək olmasına görə başlayan etiraz aksiyaları Maliyyə naziri Simeon Djankov-un istefası ilə nəticələnib. Hökumət nazirin istefasını bazar ertəsi elan edib.

Elektrik enerjisi qiymətlərinin həddən artıq baha, əməkhaqlarının isə aşağı olmasına etiraz olaraq aksiyalar ötən şənbə günü bütün ölkə boyu keçirilmişdi.

Ölkənin 20 şəhərində eyni zamanda keçirilən aksiyalarda Baş nazir də daxil olmaqla hökumətin istefası və elektrik paylama şəbəkələrinin yenidən milliləşdirilməsi tələb edilib.

Aksiyaçılar polisə daş, yumurta, pomidor atıblar. Özlərinin elektrik borclarına görə gələn qəbzləri yandıran aksiyaçılar 5 şəhərdə elektrik paylama şirkətinin ofislərinə hücum etmişdilər.

Avropa Birliyinin ən kasıb ölkəsi hesab olunan Bolqarıstanda orta aylıq əməkhaqqı 400 avro, pensiyalar 176 avro civarındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG