Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Oyuncaq qalmaqalına görə Belorusun sərhəd xidmətinin zabiti həbs edildi



Belorusda sərhəd xidmətinin zabitini iki il müddətinə azadlıqdan məhrum ediblər. Onu keçən il İsveçdən gələn bir təyyarədən demokratiyaya dəstək mesajları yazılmış oyuncaq ayıların Belorusun ərazisinə buraxılması zamanı düzgün məlumat verməməkdə ittiham ediblər.

Bazar ertəsi Belorusun Ali Məhkəməsinin çıxardığı hökmə görə zabit cəzasını xüsusi rejimli müəssisədə çəkməli olacaq.

Oyuncaq ayı qalmaqalı keçən yayında baş vermişdi. O zaman İsveçdən gələn bir təyyarə Litva ərazisindən Belorusun hava sərhədlərinə daxil olmuş, minlərlə oyuncaq ayını yerə ataraq sağ-salamat geri dönmüşdü. Oyuncaqlarda həm də demokratiya çağırışları, Belorus rejiminə qarşı etiraz şüarları yazılmışdı.

Bu hadisədən sonra İsveçin Minskdəki səfiri ölkədən çıxarılıb, Belorusun hava hücumundan müdafiə və sərhəd xidmətlərinin rəhbərləri vəzifələrindən azad edilmişdi.
XS
SM
MD
LG