Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:20

Azərbaycanda yeni təşkilat yaradılıb


-
Ərəstun Oruclu fevralın 18-də AzadlıqRadiosunun «İşdən sonra» proqramına bildirib ki, 80 faizi gənclər olan təşəbbüs qrupu «Azərbaycan-2013», və ya qısaca «A-13» adlanır.

Onun dediyinə görə, təşəbbüs qrupuna cəmiyyətdə tanınan bir çox fəal gənclər daxildir. Amma onlar bütün şəxslərin adını ictimaiyyətə açıqlamayacaqlar. Ərəstun Oruclu bunu bəzi şəxsləri vaxtsız təzyiqlərdən qorumaq kimi izah edib.

Ərəstun Oruclu bu təşkilatın yazıçı Rüstəm İbrahimbəyovun barəsində danışdığı yeni hərəkat olmadığını da vurğulayıb. Politoloq qeyd edib ki, yeni təşkilat cəmiyyətə böyük bir islahat proqramı təqdim edəcək.
XS
SM
MD
LG