Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

«Sarkisian-ın təkrar seçilməsi… vaxt itkisidir»


-
Ermənistanda seçki qutuları açılmasa da, Bakıda bu seçkilərin nəticəsi onu izləyənlərə gün kimi aydındır. Politoloqlar növbəti 5 ildə də Ermənistan dövlətinə indiki prezident Serzh Sarkisian-ın başçılıq edəcəyinə əmindirlər.

Prezidentlik uğrunda 7 namizəd mübarizə aparsa da, müşahidəçilər üstünlüyü məhz Sarkisian-a verirlər. Niyə?

«O, ERMƏNİSTAN SİYASİ ELİTASININ ƏN GÖRKƏMLİ ŞƏXSİ DEYİL»

Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə Sarkisian-ı Moskvanın dəstəklədiyini söyləyir:
Vəfa Quluzadə

Vəfa Quluzadə

«Ermənistan müstəqil dövlət deyil. Onun prezidentini də, güc nazirlərini də Moskva təyin edir. Demək, bu dəfə də Ermənistanda Serzh Sarkisian seçiləcək. O, Moskvaya tabedir, ordan gələn bütün əmrləri yerinə yetirir. O, Ermənistan siyasi elitasının ən görkəmli şəxsi deyil. Əslində, prezidentliyə Levon Ter-Petrosian layiqdir – intellektual və Qərbmeyllidir, Ermənistanın taleyini düşünəndir. O, 1998-ci ildə Azərbaycanla sülh bağlamaq istəyirdi. Buna görə də Moskva onu uzaqlaşdırdı. İndi də Rusiya əlindən gələni edir ki, Petrosian-ı hakimiyyətə buraxmasın. Buna görə də seçkilər saxtalaşdırılacaq və Serzh Sarkisian Ermənistanın prezidenti olacaq».

«RAFFI OVANISIAN… AMERİKANIN ADAMI KİMİ TANINAN SİYASƏTÇİ…»

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, Qərb kimi Moskva da Serzh Sarkisian-dan, onun ikili oyunlarından narazıdır. Amma bununla belə, politoloq düşünür ki, Moskva yenə də onun prezidentliyi üçün yaşıl işıq yandıracaq.

Mübariz Əhmədoğluna görə, Serzh Sarkisian-dan başqa yerdə qalanların qalib gəlmək şansı azdır:
Richard Giragosian

Richard Giragosian

«7 namizəddən ikisi iştirak etməyəcək. Raffi Ovanisian və Hrant Bagratyan Ermənistan miqyasında resursları yoxdur ki, seçkilərdə böyük səsə yığsınlar. Ona görə də Sarkisian birmənalı udacaq, üstəlik də Rusiya Raffi Ovanisian kimi avantürist, üstəlik, «Amerikanın adamı» kimi tanınan bir siyasətçinin qalib gəlməsinə imkan verməyəcək».

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Richard Giragosian AzadlıqRadiosuna deyib ki, bu, tarixdə ən rəqabətsiz seçkilərdir:

«Bu seçkilərin keçirilməsi ilə bağlı tənqidlər daha çoxdur, nəinki nəticə ilə bağlı mübahisə. Ona görə, indiki prezident Serzh Sarkisian udmalıdır».

«…ƏYALƏT ELİTASINDAN… MÜSBƏT NƏSƏ GÖZLƏMİRƏM»

Serzh Sarkisian-ın hakimiyyətdə qalması o deməkdirmi ki, Dağlıq Qarabağ münaqişəsi daha 5 il çözülməmiş qalacaq?

Mübariz Əhmədoğlu

Mübariz Əhmədoğlu

Vəfa Quluzadə deyir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Rusiyada hakimiyyət dəyişməsə, münaqişə həll olunmayacaq.

Mübariz Əhmədoğlunun fikrincə, Sarkisian istəsə, Dağlıq Qarabağla bağlı radikal addım ata bilər:

«Ermənistan yaxınlarda Dağlıq Qarabağ məsələsində Azərbaycana doğru radikal addım atsa, vəziyyət dəyişə bilər. Əks halda, Ermənistan dövlət müstəqilliyini itirərək Rusiyanın tərkibinə keçəcək. Rusiya da Dağlıq Qarabağ məsələsini Azərbaycanla sövdələşməyə çıxaracaq».

Siyasi şərhçi Hüseynbala Səlimov növbəti 5 ili vaxt itkisi sayır:

«İndi Ermənistanda hakimiyyətdə olan qüvvələrə «Qarabağ klanı» və ya «əyalət elitası» deyirlər. Mən bu əyalət elitasından nə Azərbaycan, nə Dağlıq Qarabağ, nə də Ermənistan üçün müsbət nəsə gözləyirəm. Sarkisyan 5 ildir hakimiyyətdədir. O, konstruktiv mövqedə olsaydı, bunu ötən 5 ildə müşahidə etmək mümkün idi. Serzh Sarkisian və Vladimir Putin

Serzh Sarkisian və Vladimir Putin

Onun təkrar seçilməsini həm Azərbaycan, həm Dağlıq Qarabağ, həm də Ermənistan üçün vaxt itkisi sayıram».

Ermənistanda qeydə alınan 8 namizəddən 6-sı seçki marafonuna qatılıb. Namizədlərdən birinə –Paruyr Ayrikyan-a seçki ərəfəsində sui-qəsd edildiyindən o, indi xəstəxanadadır.

Milli Həmrəylik Partiyasının sədri Aram Harutyunyan fevralın 8-də namizədliyini geri götürüb.

Sorğular prezident Serzh Sarkisyan-ın qalib gələcəyini deyir. Seçicilərin təxminən 70 faizinin ona səs verəcəyi güman edilir.

2008-ci ilin prezident seçkisində Serzh Sarkisian-ın qələbəsi elan ediləndən sonra etirazçılarla polis arasında baş verən qarşıdurmada 10 adam ölmüşdü.

Şərhləri göstər

XS
SM
MD
LG