Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:55

Yarımçıq e-hökumət


Foto: Arxiv
Foto: Arxiv
-
Təmirsiz bina və döşəməsi qopmuş dəhliz. Bu dəhliz içərisinə 3 masa sığan, «ceyran» sobası ilə qızdırılan və təxminən 10 kvadratmetrlik bir otağa aparır.

Hansısa yataqxana binasından deyil, Dövlət Sosial Müdafiə Fondunun Xəzər Rayon Şöbəsindən söhbət gedir.

BU SƏNƏD DOLDURULMASA...

Bu otaqda fərdi uçot bəyannamələri doldurulur. İçəridə bir neçə nəfər növbədədir, bəzilərindən dəhlizdə gözləmək xahiş olunur.

Qapının üzərinə bəyannaməni martın 1-dək doldurmayan fiziki şəxslərin cərimə olunacağına dair xəbərdarlıq vurulub.

Gələnlərin arasında hesabatları elektron yolla dolduranlar da var. Onlar şöbəyə niyə çağırıldıqlarını soruşurlar. Xırda bizneslə məşğul olan Cavid Ağayevə bunu şöbənin elektron sistemə tam keçməməsi ilə əsaslandırıblar. İzah belə olub:

«Bu bəyannaməni şəxsən təqdim edəndə həm sizə staj yazılır, həm də ödədiyiniz vəsait sosial sığorta kartınıza, bazaya köçür. Yoxsa həmin vəsait pensiyanıza «oturmayacaq»».

İlk baxışda hər şey sadə görünə bilər – sığortaedənlərə verilən bəyannamə formalarını dəhlizdəki nümunəyə baxıb doldurmağı xahiş edirlər. Ancaq bunun üçün rüblük ödənişlərin dəqiq məbləğini bilmək gərəkdir. Bura gələnlərdə gərginlik yaradan əsas məqam da elə budur. Otaqdakı məmurların bir-biri və gələnlərlə əsəbi davranışı da gərginliyi artırır.

Eyni durumla Suraxanı rayon Şöbəsində də üzləşmək olar. Bəzi sığortaedənlərin fikrincə, səbəb ya yerli koordinatorların
Foto: Arxiv
Foto: Arxiv
məlumatsızlığı, ya da elektron xidmətin «sərfəsizliyi» ola bilər.

BU XİDMƏT DƏ ELEKTRONLAŞIB

Dövlət Sosial Müdafiə Fondunun maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev AzadlıqRadiosuna deyir ki, həmin xidmət də elektronlaşıb və bu, bütün yerli şöbələrə də aiddir:

«Bu sənədin adı belə gedir – məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların B3 forması üzrə göndərilməsi. B1 və B2 formaları kimi, bu formanı da doldurub göndərmək mümkündür. Elektron xidmətdən yararlananlar bunu bilməlidir».

İdris İsayev deyir ki, Azərbaycanda 400 minə yaxın sığortaçı var, onların yarısından çoxu fiziki şəxslərdir. 20 minə yaxın sığortaçı hesabatları elektron üsulla təqdim edir. O, sosial müdafiə işçiləri arasında hər hansı məlumatsızlıq, yaxud sui-istifadəni istisna edir.

«BU, QANUNVERİCİLİYİN POZULMASIDIR»

İnternet Forumunun prezidenti Osman Gündüz AzadlıqRadiosuna bildirir ki, elektron xidmətlərə dair informasiya həm uyğun dövlət q
Osman Gündüz
Osman Gündüz
urumunun saytında, həm də idarənin özündə yerləşdirilməlidir:

«Əgər idarənin özündən zəng edib xidmətin yalnız oflayn formada olmasını bildirirlərsə, bu, qanunvericiliyin pozulmasıdır və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bunun başqa adı yoxdur».

Osman Gündüzün fikrincə, yerli şöbə bunu vətəndaşın məlumatsızlığı ilə izah edə, bilməyərəkdən bu sənədi oflayn doldurduğunu deyə bilər, ancaq əsl səbəb başqadır:

«Mən bildiyim qədərilə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmətləri – A.K.) bütün dövlət qurumlarından sosial əhəmiyyətli xidmətlərin siyahısını tələb edir. Görünür, kiçik məmurlar ömürlərinin qısalığını anladıqlarından vəziyyətdən maksimum yararlanmağa çalışırlar».

Ötən il Azərbaycanda elektron xidmətlər portalı işə salınıb:

Müşahidəçilərin çoxu elektron hökumətin ölkədə korrupsiyanın kökünü kəsməkdə faydalı vasitə olacağına inanır.
XS
SM
MD
LG