Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:57

Del Ponte Beynəlxalq Cinayətlər Məhkəməsini Suriya cinayətlərini araşdırmağa çağırır



BMT-nin keçmiş müstəntiqi Carla del Ponte Beynəlxalq Cinayətlər Məhkəməsinin Suriyada müharibə cinayətləri üzrə araşdırmaya başlamasının vaxtı çatdığını bildirib.

Suriyada vəziyyəti araşdıran komissiyaya rəhbərlik edən Ponte bazar ertəsi keçirilən mətbuat konfransında bildirib ki, beynəlxalq ictimaiyyət Beynəlxalq Cinayətlər Məhkəməsini Suriya cinayətlərini araşdırmağa sövq etməlidir.

Ponte-nin Suriya müharibəsinə dair hazırladığı 131 səhifəlik hesabatda bu ölkədə həm hökumət qüvvələrinin, həm də üsyançıların ciddi müharibə cinayətlərinə əl atdıqları qeyd edilir. Gələn ay Ponte-nin rəhbərlik etdiyi komissiya Suriyada müharibə cinayətlərində əli olmasından şübhəli bilinən adamların siyahısını BMT-nin İnsan Haqları ofisinə verəcək.

BMT-nin təxminlərinə görə son iki ildə Suriyada davam edən vətəndaş müharibəsində 70 000-dən çox adam həlak olub. ABŞ rəsmiləri həlak olanların sayının 90 min nəfərə çata biləcəyini deyirlər.
XS
SM
MD
LG