Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

Chavez Venesuelaya dönüb



Venesuela prezidenti Hugo Chavez xərçəngdən 4-cü dəfə əməliyyat olunduğu Kubadan gözlənilmədən ölkəsinə dönüb. Chavez bazar ertəsi öz Twitter hesabında bu mesajı göndərib: “Biz ana vətən Venesuelaya çatdıq.”

58 yaşlı Venesuela liderində 2011-ci ildə xərçəng aşkar edilib. Keçən ilin oktyabrında daha bir 6 illiyə prezident seçilənə qədər 3 dəfə cərrahiyyə əməliyyatı keçirən Chavez tam sağaldığını demişdi.

Amma vəziyyəti ağırlaşdığından ötən ilin sonunda təkrar Kubaya gedib əməliyyat olunub. Chavezin ikinci prezidentlik müddəti üçün andiçmə yanvarın 10-a təyin edilmiş andiçmə mərasimi də təxirə salınıb.

14 ildir Venesuelaya rəhbərlik edən Hugo Chavez ABŞ və Qərb əleyhinə çıxışlar edir, ABŞ-la düşmənçilik edən İran, Suriya kimi ölkələrlə əlaqələrini möhkəmləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG