Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

Ermənistanda prezident seçkisi gedir



Fevralın 18-də Ermənistanda prezident seçkisi keçirilir. Seçkidə 7 namizəd, o cümlədən indiki prezident Serzh Sarkisian iştirak edir. İlkin rəy sorğuları Sarkisianın o qədər də çətinlik çəkmədən ikinci müddətə seçiləcəyini göstərir.

Bəzi rəy sorğularında onun 70 faiz civarında səs toplayacağı göstərilir.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian bu seçkidə rəqabətin çox aşağı səviyyədə olduğunu deyir:

- Bu Ermənistan tarixində ən az rəqabət olan seçkidir. Böyük ehtimalla indiki prezident Sarkisian ikinci müddət üçün prezident seçiləcək.

2008-ci ildə Sarkisian-ın birinci dəfə prezident seçildiyi elan edilmiş seçkidən sonra müxalifət kütləvi etiraz aksiyaları keçirmiş, qarşıdurma 10 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG