Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

Şəxsiyyət vəsiqəsi və pasport almaq üçün lazım olan sənədlər


-


Şəxsiyyət vəziqəsi və pasportların verilməsi qaydaları Daxili İşlər Nazirliyinin saytında.

Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsinin 2 növü var:

1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
  1. ərizə-anket ;
  2. doğum haqqında şəhadətnamə;
  3. qan qrupu haqqında tibbi arayış;
  4. valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.


16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:

  1. ərizə-anket ;
  2. şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
  3. şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
  4. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnundövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
  5. tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
  6. 3 ədəd fotoşəkil (rəngli 3x4);
  7. dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  8. şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;
Qeyd: Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər:

  1. Vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda - hərbi xidmət başa çatanadək;
  2. Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.

Şəxsiyyət vəsiqəsinin alınması zamanı dövlət rüsumu

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:


- 3 iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə - 10 manat
- 3 iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə - 1 manat


Ümumvətəndaş pasportu


Ümumvətəndaşlıq pasportunun verilməsi üçün lazım olan sənədlər:


  • xüsusi formalı ərizə-anketi,
  • 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili,
  • şəxsiyyət vəsiqəsinin surəti
  • dövlət rüsumununun ödənilməsi barədə qəbzi


Ümumvətəndaş pasportu 10 illik müddətə verilir.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 9 regional mərkəz (hər biri 6-10 şəhər, rayonu əhatə etnəklə - Bakı, Naxçıvan və Şirvan şəhərlərində, Qərb, Şimal-Qərb, Cənub, Şimal bölgələrində, habelə Göyçay və Bərdə rayonlarında regional şöbələr) vasitəsilə həyata keçirilir.

Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə on beş manatdan iyirmi beş manatadək məbləğdə cərimə nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG