Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:19

Atifete Jahjaga:“Kosovonun müstəqilliyi əbədidir”


Atifete Jahjaga
Atifete Jahjaga
“Kosovonun müstəqilliyi əbədidir”.

Bunu ölkə prezidenti Atifete Jahjaga (Atifatə Yahyaga) Kosovonun müstəqilliyinin 5-ci ildönümü münasibətilə televiziya ilə çıxışında bəyan edib.

Bu münasibətlə ölkədə təntənəli mərasimlər keçirilir.

Kosovo 2008-ci il fevralın 17-də Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.
İndiyədək onun müstəqilliyini təxminən 100 ölkə tanıyır.

Serbiya Kosovonun müstəqilliyini tanımır.
Kosovonun tanınması Serbiyanın Avropa Birliyinə yaxınlaşmasında əsas məsələlərdən biridir.

Hazırda Kosovo Avropanın ən yoxsul ölkələrindən biridir.
Əhalisinin 1/3-dən çoxu günə 1 dollardan da az vəsaitə dolanır.
İşsizliyin səviyyəsi 40 faizə çatıb.
XS
SM
MD
LG