Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:38

Biznes işlərində - lisenziyalar, daşınmalar, standartlaşdırma və s. sahələrdə rüsumlar


-

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.


DÖVLƏT RÜSUMU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI

Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün.
220 manat
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün. 3 manat
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün. 11 manat
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün. bu Qanunun 20.1—20.3-cü maddələrində göstərilən məbləğin 50 faizi
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün. 2 manat
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) 1 manat

QEYDİYYAT ZAMANI RÜSUMDAN AZAD OLUNMALAR

Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.


Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği
22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə. 11 manat
22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə. 110 manatdan - 22000 manatadək
LİSENZİYA ALAN ZAMAN GÜZƏŞTLƏR

Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.

23.2. AR-in 3 dekabr 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır.

23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilati-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenziyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.

ƏCNƏBİLƏRƏ İŞ İCAZƏSİNİN VERİLMƏSİ ÜÇÜN RÜSUMLAR

Maddə 18. ...habelə icazələrin bəzi növlərinin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
18.58. Əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə:
18.58.1. ilkin icazəyə görə 1000 manat
18.58.2. icazənin müddətinin uzadılmasına görə 1000 manat
ZƏRGƏRLİK SAHƏSİNDƏ FƏALİYYƏT ÜÇÜN RÜSUMLAR

Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
27-1.1. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün) 2 manat
27-1.2. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manat
27-1.3. qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) 20 qəpik
27-1.4. qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) 6 manat
27-1.5. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı:
27-1.5.1. ad damğasının ilk dəfə qeydiyyata alınması üçün 4 manat
27-1.5.2. hər il yenidən qeydiyyata alınması üçün 2 manat

QİYMƏTLİ KAĞIZLAR ÜÇÜN DÖVLƏT RÜSUMLARI

Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
21.1. Qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün:
21.1.1. emissiya məbləği
99000 manatadək olduqda;
220 manat
21.1.2. emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda; 440 manat
21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda. 880 manat
21.2. Depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün. 1100 manat
21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün. 3 manat
21.4. çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün). 1 manat
21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün 5 manat
21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün 2 manat


STANDARTLAŞDIRMA İŞLƏRİ ÜÇÜN RÜSUMLAR

Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
30.1. Məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması:
30.1.1. Məhsulların (işlərin, xidmətlərin) istehsalına və idxal-ixracına sertifikatın verilməsi 20 manat
30.1.2. İdarəetmə sistemlərinə (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatın verilməsi 20 manat
30.1.3. İdarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) yaradılması sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı 20 manat
30.1.4. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi 20 manat
30.2. Laboratoriya (sınaq və kalibrləmə) və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması barədə attestatın verilməsi:
30.2.1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi 20 manat
30.2.2. Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi 20 manat
30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması 2 manat
30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq sertifikatın verilməsi 20 manat


Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi

20 manat

BEYNƏLXALQ AVTOMOBİL DAŞINMALARI ÜÇÜN RÜSUMLAR

Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
24.1. Giriş-çıxış və tranzit gedişinə görə:
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:
24.1.1.1. yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 ABŞ dolları
24.1.1.2. sərnişin avtobusları üçün hər bir icazə üçün 10 ABŞ dolları
24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:
24.1.2.1. yük avtomobilləri üçün hər bir icazə üçün 100 ABŞ dolları
24.1.2.2. sərnişin avtobusları üçün hər bir icazə üçün 50 ABŞ dolları
24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:
24.1.3.1. yük avtomobilləri üçün hər bir icazə üçün 150 ABŞ dolları
24.1.3.2. sərnişin avtobusları üçün hər bir icazə üçün 75 ABŞ dolları
24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə. hər bir icazə üçün 100 ABŞ dolları
24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün. hər bir icazə üçün 600 ABŞ dolları
24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:
24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün; hər bir icazə üçün 350 ABŞ dolları
24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün. hər bir icazə üçün 80 ABŞ dolları
24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün. hər bir icazə üçün 25 ABŞ dolları
24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda.
hər bir icazə üçün 400 ABŞ dolları
24.7. «Avropa Nəqliyyat Nazirləri Konfransı»nın jurnallarının satışı hər bir vahidinə görə 500 ABŞ dolları.


Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.

DƏNİZÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏR ÜÇÜN RÜSUMLAR

Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
28.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi 50 manat
28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi 40 manat
28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi 25 manat
28.7. Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.8. Gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.9. Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.10. Dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi 50 manat
28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi 30 manat
28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi 10 manat
28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi 25 manat
28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi 30 manat
28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi 10 manat
28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması 5 manat
28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması:
28.17.1. Asma və stasionar mühərrikli gəmilər
28.17.2. Yelkənli qayıqlar və yaxtalar
28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular

5 manat
5 manat
5 manat
28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi:
28.18.1. Asma və stasionar mühərrikli gəmilər
28.18.2. Yelkənli qayıqlar və yaxtalar
28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular
28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər
28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər

5 manat
5 manat
5 manat

10 manat
5 manat
28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi 10 manat
28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi 15 manat


AVİASİYA DAŞINMALARINDA RÜSUMLAR

Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi 100 manat
29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi 100 manat
29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi 100 manat
29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi 50 manat
29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi 50 manat
29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması 50 manat
29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi 50 manat
29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması 30 manat
29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi 30 manat
29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması 30 manat
29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi 30 manat
29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi 20 manat
29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi 30 manat
29.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif 1 avro
29.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif 3 avro

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
TİKİNTİ İCAZƏSİ VƏ KÜÇƏ REKLAMLARI ÜÇÜN RÜSUMLAR

Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı (şəhər, rayon (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
31.1. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə:
31.1.1. tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi


60 manat

31.1.2. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası 30 manat
31.1.3. yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi 50 manat
31.1.4. inşaat pasportunun verilməsi 50 manat
31.1.5. inşaat pasportunun dublikatının verilməsi 10 manat
31.2. Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə:
31.2.1. Bakı şəhəri üzrə
31.2.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə
31.2.3. digər regionlar


60 manat

20 manat
10 manat
31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik
icazənin verilməsi:
31.3.1. Bakı şəhəri üzrə 70 manat
31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 50 manat
31.3.3. digər regionlar 35 manat

DƏRMAN ALQI-SATQISINDA RÜSUMLAR

Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
33.1. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manat
33.2. Gigiyenik sertifikatın verilməsi 15 manat



RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI

Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.

5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.

5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Biznes işləri zamanı aşağıdakı rüsumlar haqqında məlumatlar da faydalı ola bilər:

XS
SM
MD
LG