Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:51

İxtiralar və onların dövlət qeydiyyatı üçün rüsumlar


-


DÖVLƏT RÜSUMU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
XARİCİ ALİ MƏKTƏBLƏRİN DİPLOMUNUN TƏSDİQİNDƏ RÜSUMLAR
Maddə 32. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün tutulan dövlət rüsumunun dərəcəsi
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması 15 manat

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
İXTİRALARIN QEYDİYYATINDA RÜSUMLAR

Maddə 18. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
18.11. Apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı 10 manat
18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı 6 manat
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı 40 manat
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün 20 manat
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün 25 manat
18.13. Sənaye mülkiyyəti obyektinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
18.13.1. ixtira üçün 10 manat
18.13.2. faydalı model üçün 7 manat
18.13.3. sənaye nümunəsi üçün 7 manat
18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat
18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün 7 manat
18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün 7 manat
18.17. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün:
18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün 10 manat
18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün 25 manat
18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün) 10 manat
18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) 10 manat
18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:
18.18.1. bir iddia sənədi üçün 10 manat
18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) 10 manat
18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün 50 manat
18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:
18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün 25 manat
18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) 20 manat
18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün 10 manat
18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün 25 manat
18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:
18.22.1. 3-cü ildən 10-cu ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla
18.22.2. 11-ci ildən 20-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla
18.22.3. 21-ci ildən 25-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla
18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla
18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla
18.24.2. 11-ci ildən 15-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla
18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün 20 manat
18.34. Apellyasiya şurasına etirazın verilməsi:
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manat
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manat
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı 60 manat
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı 35 manat
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı 80 manat
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı 45 manat
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün 150 manat
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün 120 manat
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün 40 manat
18.35.1. əmtəə nişanı üçün 45 manat
18.35.2. coğrafi göstərici üçün 30 manat
18.35.3. kollektiv nişan üçün 60 manat
18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün 30 manat
18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün 25 manat
18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün 10 manat
18.38. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün 10 manat
18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün 35 manat
18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) 20 manat
18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün 60 manat
18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) 50 manat
18.39-1. Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün 60 manat
18.40. Lisenziya müqavilələrinin qeydə alınması:
18.40.1. bir ədəd əmtəə nişanı üçün 80 manat
18.40.2. bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün 50 manat
18.41. Əmtəə nişanı barəsində qeydə alınmış lisenziya müqavilələrində, hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün 11 manat
18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:
18.42.1. əmtəə nişanı üçün 95 manat
18.42.2. coğrafi göstərici üçün 45 manat
18.42.3. kollektiv nişan üçün 145 manat
18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:
18.43.1. əmtəə nişanı üçün 5 manat
18.43.2. coğrafi göstərici üçün 5 manat
18.43.3. kollektiv nişan üçün 5 manat
18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün 20 manat
18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün 5 manat
18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün 10 manat
18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün 5 manat
18.48. Attestasiya komissiyasının qərarına görə, apellyasiya şurasına etiraz vermək üçün 20 manat
18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün 10 manat
18.59. Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 10 manat
18.60. Seleksiya nailiyyətləri sahəsində:
18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün 10 manat
18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün 5 manat
18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün 25 manat
18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına verilməsi üçün 25 manat
18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün 10 manat
18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə 10 manat
18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə 60 manat
18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilməsinə görə 35 manat
18.60.9. müəlliflik şəhədətnaməsi verilməsi üçün 35 manat
18.60.10. patentin surətinin verilməsinə görə 25 manat
18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda 25 manat
18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə 25 manat
18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş edildikdə 25 manat
18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün 25 manat
18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə 25 manat
18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına görə 25 manat
18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:
18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün 10 manat,
hər artan il üçün 7 manat artırılmaqla
18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün 7 manat,
hər artan il üçün 6 manat artırılmaqla
18.61.3. digər bitkilər üçün 9 manat,
hər artan il üçün 6 manat artırılmaqla
18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:
18.62.1. ekspertiza üçün 25 manat
18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat
18.62.3. attestasiya üçün 10 manat
18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:
18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat
18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün hüquqi şəxslər 20 manat, fiziki şəxslər 10 manat
18.63. İnteqral sxem topologiyası sahəsində: -
18.63.1. topologiyanın qeydiyyatı hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat
18.63.2. topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı üçün hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat
18.63.3. topologiyaya əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatı üçün hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat.
18.64. Məlumat topluları sahəsində:
18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat
18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat


MÜMKÜN CƏRİMƏLƏR

Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, az miqdarda (min manata qədər) ziyan vurduqda —
pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

BÜTÜN CƏRİMƏ MƏBLƏĞLƏRİNİ BURADAN OXU.
RÜSUMDAN AZAD OLUNMALAR

Maddə 19. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, (əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.

19.3. Bu Qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.

ÖDƏNMƏ QAYDASI

Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları

4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

ASAN xidmət» mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin mərkəzlərdə fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

4.2. Az.R-in 3 dekabr 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır.

4.3. Dövlət rüsumları milli valyutada nağd elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi bank və ya poçt sənədi verilir.

4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Milli Bankın Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.

Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

------

6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.

--------



RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI

Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.

5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.

5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Aşağıdakı rüsumlar haqqında məlumat da faydalı ola bilər:

XS
SM
MD
LG