Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

“Sədərək”də yanğın olub


-
Ötən gecə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, elektrik lövhəsi və kabelləri yanıb. Yaxınlıqdakı mağazalar isə yanğından mühafizə olunub.
Nazirlik yanğının saat 07:50-də söndürüldüyünü bildirir.
Bu il yanvarın 19-da “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı “Binə” də etiraz aksiyası keçirilib. Aksiyanı dağıtmaq üçün polis güc tətbiq etməli olub.
Bu hadisədən sonra həmin ticarət mərkəzlərində bir neçə dəfə yanğın baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG