Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:07

İranda tanınmış azərbaycanlı fəal həbs edilib.


Foto arxiv
Foto arxiv
APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Behbud Quluzadəni bu gün yerli vaxtla saat 11:30-da Qoşaçay (Miyandab) şəhərində tutaraq naməlum istiqamətdə aparıblar.

Məlumatda onun evində axtarış aparıldığı, ona məxsus kompüter və bir sıra şəxsi əşyaların götürüldüyü bildirilir.

Behbud Quluzadə Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Mərkəzi Şurasının keçmiş üzvü, hazırda isə Yeni GAMOH təşkilatı Mərkəzi Komitəsinin üzvüdür.

O 2010-cu ilin mayında 17 nəfər azərbaycanlı fəalla birlikdə həbs olunub və 8 ay ağır işgəncələrə məruz qaldıqdan sonra 250 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Behbud Quluzadə 2006-cı ilin mayında da «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs edilərək bir neçə ay ETTELAAT-ın təcridxanasında saxlanılıb.
XS
SM
MD
LG