Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54
-
Qazax şəhərindəki «Mütəfəkkirlər» parkında görkəmli şəxsiyyətlərin büstləri götürülüb.

Sosial şəbəkələrdə bu barədə məlumatlar və fotolar yayılıb. Sakinlər bu addımın nə ilə bağlı olmasından xəbərsiz olduqlarını deyirlər.

Qazax rayon icra başçısının müavini Tahir Musayev isə narahatlığa əsas görmür. Deyir, abidələrin götürülməsi parkda aparılan yenidənqurma işləri ilə əlaqədardır:

«Parka döşənmiş piltələr tamamilə dağılıb, sıradan çıxmışdı, fontanda qüsurlar yaranmışdı. Abadlıq işləri aparılacaq, sonra həmin büstlər yenidən yerinə qoyulacaq. Bundan başqa, hazırda parkda Ədəbiyyat muzeyi də tikilir».

Tahir Musayev parkdakı yenidənqurmaya nə qədər pul ayrılmasından xəbərsizdir. Ancaq o, deyir ki, ölkədə sayca 3-cü olan Ədəbiyyat muzeyinin tikintisinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

2005-ci ildə açılışı olan park 2 hektar sahəni əhatə edir.
XS
SM
MD
LG