Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21
-
Respublika Ağsaqqallar Şurası fevralın 15-də keçirilən 6-cı qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, qurultay nümayəndələri bununla əlaqədar dövlət başçısına müraciət qəbul ediblər.

Müraciətdə deyilir:

«...Azərbaycana zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir. Ona görə də biz - ağsaqqallar ölkəmizin inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edirik».

Bundan əvvəl İlham Əliyevin namizədliyini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da irəli sürmüşdü.

PREZİDENTİN MÜRACİƏTİ

Qurultayda iştirak edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. O, Ağsaqqallar Şurasını «qızıl fond» adlandırıb:

«Azərbaycanda ağsaqqal institutu qədim zamanlardan fəaliyyət göstərir. Bu institut Şah İsmayıl Xətai zamanında Lələlər Məclisi olub. Ağsaqqallar müdrikliyin, təcrübənin simvoludur. Nəsilləri birləşdirən rabitə yoxdursa, bu təcrübə gənc nəslə ötürülmürsə, cəmiyyətdə çalxalanma baş verir. Prezident İlham Əliyev də sizinlə işləməyə hazırdır».

AĞSAQQALLAR ŞURASINA YENİ SƏDR

Qurultay Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Fəttah Heydərovu (Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası) bu quruma sədr seçib.

2012-ci ilin noyabrında akademik Budaq Budaqovun ölümündən sonra Ağsaqqallar Şurasının sədri postu boş qalmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG