Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38
Rusiyanın Çelyabinsk vilayətində Meteorit qırıntılarının vurduğu ziyan təxminən 13 milyon dollar məbləğindədir.

Regionun rəhbəri Mikhail Yureviç xəstəxana və sosial obyektlər də daxil olmaqla təxminən 4 500 ev və tikiliyə zərər dəydiyini deyir.

Son məlumatda təxminən 1200 nəfərin xəsarət aldığı və onlardan 50-dən çoxunun xəstəxanaya düşdüyü bildirilir.

Bərpa və axtarış əməliyyatlarına yerli və gəlmə könüllülər də qoşulub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əsas ziyan Çelyabinsk ,Kopeysk, Korkino şəhərləri, habelə biq çox qəsəbə və kındlərə dəyib.

Meteorit yağışını cümə günü səhər Tümen, Sverdlovsk, Çelyabinsk, Kurqan və Başqırdıstan regionunun sakinləri müşahidə edib.
XS
SM
MD
LG