Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:15

Ötən il 500 kilometr yol tikilib və ya təmir edilib


Foto: Arxiv
Foto: Arxiv
-
Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azəryolservis» ASC ötən il 537.2 km avtomobil yolları tikib və ya təmir edib.

Bu barədə ASC-nin saytında yerləşdirilən hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, tikilən və təmir edilən yolların 134.6 kilometri respublika, 402.6 kilometri isə yerli əhəmiyyətlidir.

2012-ci ildə ümumilikdə 25 körpü istismara verilib.

«Avtomobil yolları və körpülərin saxlanması, təmiri, bərpası və tikintisinə ötən il 180 milyon manat xərclənib», - hesabatda deyilir. /Trend/
XS
SM
MD
LG