Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:34

İslahat, yoxsa imitasiya?


Gülər Əhmədova
Gülər Əhmədova
-
GÜLƏR ƏHMƏDOVA ŞANTAJ OLUNUB?

«Azadlıq» qəzeti barəsində 3 aylıq həbs qərarı seçilən sabiq deputat Gülər Əhmədovanın şantaj olunduğunu yazır. Qəzetə görə, G.Əhmədova həbs ediləndən sonra onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması barədə məlumat təsadüfü yayılmayıb:

«Həqiqətən MTN rəhbərliyinin Gülər Əhmədovanı öz nəzarəti altından saxlamaq cəhdi olub. Bunu da belə əsaslandırıblar ki, Kürdəxanı istintaq təcridxanasında nəzarətdən kənar qalan Gülər Əhmədova müəyyən məlumatları yaya bilər. MTN-də isə o ciddi nəzarət altında olacaq. Lakin qarşı tərəf - MTN-lə qarşıdurmada olan tərəf buna imkan verməyib. Çünki bu halda MTN rəhbərliyi Gülər Əhmədovanı yönləndirmək imkanı əldə edəcəkdi».

Qəzet belə bir nümunənin olduğunu yazır:

«Təsadüfü deyil ki, Hacı Məmmədovun həbsindən 8 il keçməsinə baxmayaraq, o, MTN-in istintaq təcridxanasında saxlanılır».

PREZİDENTİN BÜTÜN TAPŞIRIQLARI İCRA EDİLİR
Makedoniyalı fermer
Makedoniyalı fermer

«Azərbaycan» qəzeti prezidentin fevralın 12-də keçirdiyi müşavirədə verdiyi bütün tapşırıqların icra edildiyini yazır. Bununla əlaqədar ilk tədbir Ədliyyə Nazirliyində keçirilib:

«Dövlət başçısının tələblərinin dürüst və dönmədən icrasının vacibliyinin hər bir ədliyyə işçisinə çatdırılması məqsədilə ... konkret tapşırıqlar verilib».

AZƏRBAYCANLI FERMERLƏ AVROPALI FERMERİN FƏRQİ

«Bizim yol» qəzeti «Azərbaycanda subsidiya fırıldaqları»ndan bəhs edir. Qəzet 60 manatın ümidinə qalan, bazar tapa bilməyən fermerlə aqrar sektorun dirçəlməsinin çətin olduğunu yazır. İqtisadçı Rövşən Ağayevə görə, hökumətin ayırdığı 100 milyon manat subsidiyanın da hansı rayona nə qədər ayrıldığını müəyyən etmək çətin məsələdir. İqtisadçı taxıl əkən fermerlərə 60 min manat pul verildiyi qeyd edir və bunu digər ölkələrlə müqayisə
Heydər Əliyev öz komandası ilə, 21 mart 2003
Heydər Əliyev öz komandası ilə, 21 mart 2003
edir:

«Belçikada fermerə hər hektara görə 580, Danimarkada 400, Almaniyada 445, Finlandiyada 954 avro pul verilir».

İSLAHAT, YOXSA İMİTASİYA

«Yeni Müsavat» qəzeti prezidentin sərəncamı ilə bir-neçə icra başçısının vəzifədən azad edilməsinə toxunur. Qəzet sual edir ki, bu kadr islahatlarıdır, yoxsa imitasiya?

Politoloq Zəfər Quliyevin fikrincə, «yaxın günlərdə bu addımların imitasiya olub-olmadığı dəqiqləşəcək. Hakimiyyətdə hadisələri doğru qiymətləndirən adamlar varsa və prezident özü də real hadisələri qiymətləndirirsə, onda başa düşülməlidir ki, problemləri həll etməmək hakimiyyətin özü üçün təhlükəli və risklidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG